
ABŞ senatoru gəmiçilik şirkətlərinə Rusiya dizelini geri qaytarmaq çağırışı etdi
ABŞ senatoru Riçard Blümental gəmiçilik şirkətlərini Rusiya dizel yanacağı daşıyan tankerləri geri qaytarmağa çağırıb.
AzadAzərbaycan xəbər verir ki, ABŞ senatoru Riçard Blümental gəmiçilik şirkətlərinə Rusiya dizel yanacağı daşıyan gəmiləri geri qaytarmaq barədə çağırış ünvanlayıb. O, həmin daşımaların qanunsuz xarakter daşıdığını diqqətə çatdırıb.
Məsələ ilə bağlı sosial media hesabında paylaşım edən senator bildirib ki, bu xəbərdarlıq birbaşa ABŞ limanlarına qanunsuz olaraq Rusiya istehsalı olan dizel yanacağı nəql edən tankerlərin sahiblərinə aid edilir.
Blümental həmçinin "Agioi Fanendes" tankerinin Rusiyadan təxminən 40 min ton dizel yanacağı daşıdığını qeyd edib. O, gəmiçilik şirkətini dərhal kursunu dəyişməyə və gəmini geri qaytarmağa səsləyib.
Bundan əlavə, amerikalı qanunverici Yunanıstanın "Eastern Mediterranean Maritime Limited" şirkətinin rəhbəri Athanasios Martinosa ünvanladığı rəsmi məktubu da ictimaiyyətlə bölüşüb.




