
Azərbaycanda yeni ombudsman vəzifəsinə seçki keçiriləcək
Redaksiya1 dəq oxu
Milli Məclisə İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi ilə bağlı sənəd daxil olub və məsələ komitə iclasının gündəliyinə salınıb.
Azərbaycan parlamentinə İnsan hüquqları üzrə müvəkkilinin, yəni ombudsmanın seçilməsi haqqında sənəd daxil edilib.
AzadAzərbaycan xəbər verir ki, bu mühüm məsələ parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da baş tutacaq iclasının müzakirəsinə çıxarılacaq.
Xatırladaq ki, ölkə qanunvericiliyinə əsasən ombudsman postuna seçkilər hər 7 ildən bir həyata keçirilir və hazırda bu vəzifəni Səbinə Əliyeva icra edir.




