
Xankəndidə MDB ölkələrinin Antiinhisar Şurasının iclası keçirilir
Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası başlayıb.
AzadAzərbaycan xəbər verir ki, Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası təşkil olunub.
Oktyabrın 29-da Xankəndi Konqres Mərkəzində baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Toplantının əsas məqsədi MDB məkanında rəqabət qurumları arasındakı əlaqələri gücləndirmək, qanunvericiliyin tətbiqi istiqamətində təcrübə mübadiləsini genişləndirmək və birgə fəaliyyəti daha da möhkəmləndirməkdir.
Tədbir çərçivəsində rəqabət qanunvericiliyinin tətbiqi, bazarın müasir çağırışları və üzv ölkələr arasında əməkdaşlıq perspektivləri müzakirə olunur.
İclasda MDB ölkələrinin aidiyyəti qurumlarının rəhbərləri və nazirləri iştirak edirlər.




