
Uinston Çörçill Rusiya lideri Vladimir Putinlə necə danışıqlar aparardı
Tarixçilər ABŞ prezidenti Donald Trampın və keçmiş Britaniya baş naziri Uinston Çörçillin Rusiya ilə danışıqlar strategiyasını müqayisə ediblər.
AzadAzərbaycan xəbər verir ki, ABŞ prezidenti Donald Putinlə danışıqlar aparmağa çalışsa da, Uinston Çörçildən fərqli olaraq Moskvaya təzyiqləri zəiflədir və Avropanın tam iştirakı olmadan hərəkət edir.
Britaniyanın sabiq baş naziri də bəzi hallarda diktatorlarla sövdələşməyə hazır olardı və Kiyevi çətin şərtləri qəbul etməyə inandıra bilərdi, lakin o, hər zaman güc mövqeyindən danışıqlar aparmağı zəruri hesab edərdi.
Oktyabr ayında Trampın xüsusi elçisi Stiv Vitkoff Putinlə görüşüb və Vaşinqton Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılığa gələrək sanksiyaların bir hissəsini dayandırıb. Eyni zamanda, Ağ Ev rəhbəri Ukraynanı Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa çağırıb.
Tarixçilər xatırladırlar ki, Çörçill də ciddi kompromislərə yol vermişdi. 1944-cü ildə o, İosif Stalinlə Rumıniya və Yunanıstanda nüfuzun bölüşdürülməsi barədə razılığa gəlmişdi, lakin İngiltərə baş naziri həmişə əks güzəştlər axtarırdı və rusların yalnız gücü qiymətləndirdiyini düşünürdü.
Exeter Universitetinin tarixçisi Riçard Toyenin fikrincə, siyasətçilər arasında prinsipial fərq danışıqlara yanaşmadır. Çörçill diplomatik təmasları inandırıcı təhdidlərlə gücləndirərdi, danışıqlar masasında avropalı müttəfiqləri görmək istərdi və Ukraynanın müqavimətinə daha çox rəğbət bəsləyərdi.




