
Aşk-ı Memnu serialının məşhur aktyoru Batuhan Karacakaya peşəsini dəyişdi
Bir zamanların məşhur ekran işində rol alan türkiyəli aktyor Batuhan Karacakaya aktyorluq fəaliyyətini dayandıraraq memarlıq sahəsində çalışmağa başlayıb.
"Aşk-ı Memnu" serialında canlandırdığı Bülent obrazı ilə geniş kütləyə tanınan türkiyəli aktyor Batuhan Karacakaya karyerasında kəskin dəyişiklik edib. Tanınmış sənətçi aktyorluq fəaliyyətindən uzaqlaşaraq ixtisası üzrə işləmək qərarına gəlib.
2020-ci ildə memarlıq fakültəsini uğurla bitirən Karacakaya artıq öz sahəsində fəaliyyət göstərir. AzadAzərbaycan xəbər verir ki, keçmiş aktyor hazırda atasının rəhbərlik etdiyi tikinti şirkətində memar kimi çalışır.
Xatırladaq ki, Batuhan Karacakaya "Aşk-ı Memnu" layihəsindən başqa, "Diriliş Ertuğrul" və "Umutsuz Ev Kadınları" kimi məşhur seriallarda da müxtəlif obrazlar yaradıb. O, həmçinin populyar "Survivor" şou-proqramının da iştirakçılarından biri olub.




