
Ermənistanda korrupsiya əməliyyatı keçirilib, 14 nəfər saxlanılıb
Redaksiya1 dəq oxu
Stepanavan şəhərində yerləşən partiya ofisində aparılan axtarışlar nəticəsində 14 nəfər saxlanılıb.
AzadAzərbaycan xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən Stepanavan şəhərindəki Güclü Ermənistan Partiyasının ofisində genişmiqyaslı əməliyyat həyata keçirilib.
Aparılan axtarışlar və digər zəruri prosessual tədbirlər qurumda başlanan cinayət işi çərçivəsində təşkil olunub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 14 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Səlahiyyətli qurumdan bildirilib ki, istintaqın gedişindən asılı olaraq ictimaiyyətə əlavə məlumatlar veriləcək.




