
Vladimir Zelenski Ukraynadakı müharibənin tezliklə bitməsinin vacibliyini vurğulayıb
Redaksiya1 dəq oxu
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin müharibədə ən qiymətli olan insan həyatını itirdiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Rusiya ilə münaqişədə məğlub olmasa da, qarşıdurmanın ən qısa zamanda başa çatmasında maraqlıdır. Çünki bu savaş cəmiyyət üçün ən dəyərli olan məqama - insan həyatına son qoyur.
Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, ölkə həm insan resurslarını, həm də zamanı itirir. Onun sözlərinə görə, mövcud vəziyyət səbəbindən gənc nəslin real həyatı və uşaqlığı əlindən alınır.
Dövlət başçısı məhz bu səbəbdən də silahlı münaqişəyə mümkün qədər tez bir zamanda son qoyulmasının vacibliyini diqqətə çatdırıb.




