
Məşhur türkiyəli aktrisa Zeynep Çamcı 11 ildən sonra ana olub
Redaksiya1 dəq oxu
Tanınmış aktrisa Zeynep Çamcı ana olduğunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Türkiyənin tanınmış aktrisalarından olan Zeynep Çamcının ailəsində sevindirici hadisə baş verib. Məşhur sənətçi ilk dəfə analıq hissini yaşayıb.
Sosial media hesabında bu barədə məlumat paylaşan aktrisa dünyaya gələn oğlan övladına Can adını verdiklərini bildirib.
Xatırladaq ki, Zeynep Çamcı 11 il öncə fotoqraf Serhat Bayramla ailə həyatı qurub. O, "Leyla ile Mecnun", "Adını Feriha Koydum", "Beni Böyle Sev", "Seviyor Sevmiyor" və "Güzel Günler" kimi məşhur seriallardakı rolları ilə geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.




