
Aleksandr Vuçiç Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyini deyib
Redaksiya1 dəq oxu
Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç qlobal müharibə təhlükəsi ilə bağlı narahatlıq doğuran açıqlamalar verib.
AzadAzərbaycan xəbər verir ki, Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç Üçüncü Dünya Müharibəsinin başlama ehtimalının çox yüksək olduğunu bildirib.
O, mövcud vəziyyətdə qlobal müharibənin baş verməməsinin əsl möcüzə olacağını vurğulayaraq narahatlığını dilə gətirib.
Vuçiç Avropa ölkələrinin sürətlə silahlandığına diqqət çəkərək qeyd edib ki, Almaniya bu sahədə qeyri-adi irəliləyiş əldə edib və mənfəətini dəfələrlə artırıb.




