
Xəstəxanaya qaldırılan Xalq artisti Naibə Allahverdiyeva səhhətindən danışdı
Redaksiya1 dəq oxu
Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Naibə Allahverdiyeva hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
Ötən gün səhhətində qəfil problem yaranan Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.
Aktrisa hazırda həkim nəzarətində olduğunu və müalicəsinin davam etdirildiyini bildirib. Sənətkarın sözlərinə görə, səhhətində anidən hipertenziv kriz (qan təzyiqi krizi) baş verib.
Naibə Allahverdiyeva ayaq üstə olduğu zaman təzyiqinin kəskin şəkildə qalxdığını qeyd edib. O, artıq təhlükəli kriz vəziyyətindən çıxarıldığını və səhhətinin tədricən yaxşılaşdığını diqqətə çatdırıb.




