
Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib
Gəncə şəhərində 58 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb, yaralının vəziyyəti kafidir.
AzadAzərbaycan xəbər verir ki, Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb. Münaqişə zamanı 1966-cı il təvəllüdlü şəhər sakini X.Məmmədli xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlər yaralı qadının sağlamlıq vəziyyətini kafi kimi qiymətləndirirlər.
Daxil olan məlumatlara əsasən, hadisə ailə daxilində yaranmış mübahisə zəminində baş verib. 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında yaranan narazılıq zamanı həyat yoldaşı X.Məmmədliyə bıçaqla xəsarət yetirib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.




