
Azərbaycanda axtarışda olan 127 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində axtarışda olan 127 nəfər ələ keçirilib.
AzadAzərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi ölkə ərazisində ötən sutka ərzində qeydə alınan cinayətlər və axtarışda olan şəxslərlə bağlı statistik məlumatları açıqlayıb.
Nazirliyin verdiyi məlumata görə, oktyabrın 23-də hüquq-mühafizə orqanları tərəfindən müxtəlif səbəblərdən axtarışda olan 127 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bundan əlavə, aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində borclu şəxs qismində axtarılan 85 nəfər də tapılaraq aidiyyəti orqanlara təhvil verilib.
Eyni zamanda, polis əməkdaşlarının peşəkarlığı sayəsində sutka ərzində qeydə alınmış 36 cinayət hadisəsinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 cinayət faktının üstü açılıb.




