
Ev şəraitində ideal qatığın hazırlanması və sirrləri
Evdə qatıq hazırlayarkən su salmasının və tez turşumasının qarşısını alan sadə mətbəx üsulları açıqlanıb.
Ev şəraitində qatıq hazırlayan zaman qarşılaşılan əsas problemlərdən biri məhsulun tez sulanması və ya qısa müddətdə turşumasıdır. Mətbəx mütəxəssislərinin təqdim etdiyi bəzi sadə üsullarla daha bərk və uzun müddət təravətini qoruyan qatıq əldə etmək mümkündür.
Maya prosesi zamanı ilıq südə bir çay qaşığı nişasta və ya qarğıdalı unu qatmaq süddəki artıq suyu özünə çəkir. Bu üsul fermmentasiya prosesində qatığın durulaşmasının qarşısını tamamilə alır.
Digər tərəfdən, qatığın tez turşumasını istəməyənlər maya qarışığına az miqdarda qaya duzu əlavə edə bilərlər. Bu, faydalı bakteriyaların həddindən artıq sürətlə çoxalmasının qarşısını alaraq qatığın şirinliyini qoruyur.
İdeal qatılıq əldə etmək üçün südün temperaturu təxminən 45 dərəcə olmalı, mayalanma başa çatdıqdan sonra isə qazanın üzərinə tənzif sərilməlidir ki, buxarlanan su yenidən qatığın üzərinə damlamasın.




