
Ukraynadan Rusiyaya Donetsk vilayəti ilə bağlı yeni təklif gəldi
Ukrayna Donetsk vilayətində demilitarizasiya zonasının yaradılması məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Donetsk vilayətində demilitarizasiya zonasının yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko məlumat verib.
Onun sözlərinə görə, rəsmi Kiyev qarşıdurmanın tezliklə başa çatdırılması məqsədilə danışıqların aparılmasını təklif edir. Eyni zamanda, enerji infrastrukturu və dəniz sahəsi daxil olmaqla, müəyyən sektorlarda atəşkəsin tətbiqi də dəstəklənir.
Leşşenko qeyd edib ki, ərazi məsələləri texniki qrupların səviyyəsində deyil, birbaşa dövlət başçıları arasında müzakirə olunmalıdır. Ukrayna müəyyən güzəştlərə getməyə hazırdır və Donetsk vilayətinin bütün ərazisində deyil, təmas xəttinin ətrafında demilitarizasiya zonasının yaradılmasını təklif edir.




