
Bakıda qadınlar evə soxularaq külli miqdarda oğurluq ediblər
Paytaxtın Mərdəkan qəsəbəsində başı bağlı qadınlar evlərin birindən qızıl və pul oğurlayıblar. Hadisə zamanı evdə azyaşlı uşaq olub.
Paytaxtda oğurluq hadisəsi qeydə alınıb. AzadAzərbaycan xəbər verir ki, insident Mərdəkan qəsəbəsində, Baba Əliyev küçəsində yerləşən 181 nömrəli məktəbin yaxınlığında baş verib.
Başı bağlı naməlum qadınlar ərazidəki evlərdən birinə qanunsuz daxil olaraq qiymətli əşyalar, qızıl-zinət məmulatları və pul oğurlayıblar.
Zərərçəkən şəxsin bildirdiyinə görө, hadisə baş verən anda evdə onun 12 yaşlı qızı olub. Həmin vaxt ana çörək almaq üçün yaxınlıqdakı marketə gedibmiş.
Quldurluq və ya oğurluqla məşğul olan qadınların əməlləri evin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



