
Paytaxt sakinləri qeyri-adi mənzərə ilə qarşılaşdılar: Tülkü və kirpi bir yerdə
Redaksiya1 dəq oxu
Bakının Binə qəsəbəsində qeydə alınan görüntülər sosial şəbəkələrdə maraq doğurub. Gecə saatlarında çəkilən videoda müxtəlif heyvanlar yer alıb.
AzadAzərbaycan xəbər verir ki, paytaxtın Binə qəsəbəsində sakinlərin lentə aldığı gecə görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Kadrlarda tülkü, kirpi və qurbağanın eyni ərazidə görünməsi maraqlı mənzərə yaradıb.
Sakinlər bu qeyri-adi bolluğu və müxtəlifliyi zarafatla zooparka bənzədiblər.




