
Uzunömürlülüyün sirrləri: 100 ildən çox yaşayanların vərdişləri
Mütəxəssislər uzunömürlü insanların həyat tərzini və qidalanma vərdişlərini təhlil ediblər. Onların gündəlik rejimi fərqli olsa da, ümumi oxşar cəhətlər mövcuddur.
Yüz il və ya daha çox ömür sürən insanların həyat tərzi həmişə tədqiqatçıların diqqət mərkəzində olub. Bəzi insanlar sağlam həyat prinsiplərinə ciddi şəkildə əməl etsələr də, digərləri ümumi tövsiyələrə zidd yaşayaraq uzunömürlü olurlar.
Təkamül və genomika üzrə mütəxəssis Skott Travers qeyd edib ki, yüzilliklərin vərdişləri məşhur "Mavi Zonalar" araşdırmasının nəticələri ilə üst-üstə düşür. Tədqiqatlar göstərir ki, həmin bölgələrin sakinlər yalnız uzun ömür yaşamır, həm də keyfiyyətli həyat sürürlər.
Tarixdə sənədləşdirilmiş ən uzunömürlü insan olan fransız Janna Kalment 122 il ömür sürüb. O, səhərlər dua edib, yüngül məşqlər yerinə yetirib, həmçinin qidalanmasında müəyyən zövqlərə, o cümlədən şirniyyatlara və hətta siqaretə yer ayırıb. Digər tərəfdən, Yamaykadan olan Violet Braun 117 yaşına qədər yaşasa da, sərt pəhriz saxlamayıb, lakin gündəlik olaraq yumurta yeyib.
Mütəxəssislərin qənaətinə görə, uzunömürlülüyün əsas təməl prinsiplərinə bitki mənşəli qidalanma, gündəlik fiziki aktivlik, güclü sosial əlaqələr, həyat məqsədi və stressin idarə olunması daxildir. Genetik faktorlarla yanaşı, bu vərdişlər də sağlam və uzun həyatın vacib şərtlərindən hesab olunur.




