
Marin Le Pen Fransanın SSRİ-yə çevriləcəyi barədə xəbərdarlıq edib
Fransalı siyasətçi Marin Le Pen şirkətlərin məcburi şəkildə maaş artımına məcbur edilməsinin ölkəni SSRİ-nin aqibəti ilə üz-üzə qoyacağını bildirib.
AzadAzərbaycan xəbər verir ki, “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen müəssisələrin əməkhaqlarının artırılmasına məcbur edilməsi təşəbbüsünü dəstəkləməyib.
Siyasətçinin fikrincə, mövcud qeyri-sabit şəraitdə bütün şirkətlər minimum əməkhaqqının məcburi qaydada 10 faiz artırılmasına tab gətirə bilməzlər.
Le Pen qeyd edib ki, bu cür inzibati tədbirlər işəgötürənləri kütləvi ixtisarlara əl atmağa vadar edəcək və nəticədə ölkə ciddi iqtisadi çətinliklərlə qarşılaşacaq.
O, sərt qərarların tətbiqini rejimin dəyişməsi ilə müqayisə edərək, Fransanın SSRİ-yə bənzəyə biləcəyini və bu sistemin səmərəliliyinə şübhə etdiyini vurğulayıb.
Bunun əvəzində siyasətçi əməkhaqlarını artıran şirkətlərin müəyyən müddət ərzində sosial təminat ödənişlərindən azad edilməsini təklif edib.




