
Meyvə və tərəvəzlərdəki pestisid qalıqlarını təmizləməyin təsirli üsulu
Meyvə və tərəvəzləri kimyəvi dərman qalıqlarından təmizləmək üçün sirkə və ya sodadan deyil, daha sadə üsullardan istifadə etmək mümkündür.
Meyvə və tərəvəzlərdə qalan kənd təsərrüfatı dərmanlarından qurtulmaq məqsədilə istifadə edilən ənənəvi üsullarla yanaşı, yeni təbii üsullar da meydana çıxıb. Belə ki, məhsulları sadəcə krant suyunda yumaq zərərli kimyəvi qalıqların tamamilə təmizlənməsinə kifayət etmir.
İlıq suya əlavə olunan adi duz kimyəvi təbəqənin strukturunu zəiflədərək onun səthdən asanlıqla ayrılmasına kömək edir. Məhsulları duzlu suda qısa müddət saxladıqdan sonra soyuq su ilə yaxalamaq həm onların təbii dadını qoruyur, həm də qalıqların miqdarını nəzərəçarpacaq dərəcədə azaldır.
Digər tərəfdən, qırmızı şərabın tərkibində yer alan üzvi turşular və antioksidantlar da pestisidlərin qoruyucu təbəqəsinin parçalanmasında təsirli təmizləyici vasitə kimi qiymətləndirilir.




