
Hikmət Hacıyev: Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz hissdir
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşada olmaqdan qürur duyduğunu bildirib.
Zəfər Günü ərəfəsində Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
O qeyd edib ki, illər əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olunub, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyulub.
Prezidentin köməkçisi bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmağın misilsiz bir duyğu olduğunu vurğulayaraq şəhidlərimizə rəhmət diləyib və Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.




