
ABŞ-dan Hörmüz boğazı ilə bağlı iddialara cavab
Redaksiya1 dəq oxu
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı Hörmüz boğazında gəmilərin minalara düşməsi barədə xəbərləri təkzib edib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında kommersiya gəmilərinin mütəmadi olaraq dəniz minalarına düşməsi ilə bağlı iddialarını yalanlayıb.
Qurumun yaydığı rəsmi bəyanatda bildirilib ki, son dövrlərdə İran mediasında yayılan bu cür məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur.
Qeyd olunub ki, tərəflər arasında gərginliyi artırmağa yönələn belə iddialar əsassızdır və gerçəkliyi əks etdirmir.




