
Ofelya Şabanovanın Bülent Ersoy mahnısını canlı ifa etməsi müzakirələrə səbəb oldu
Müğənni Ofelya Şabanovanın Bülent Ersoyun repertuarından olan mahnını canlı oxuması sosial şəbəkələrdə fərqli fikirlər yaradıb.
Müğənni Ofelya Şabanovanın türk musiqisinin əfsanəsi Bülent Ersoyun repertuarına müraciət etməsi sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə mövzusuna çevrilib.
AzadAzərbaycan xəbər verir ki, sənətçi qonaq olduğu "1001 şou" verilişində türkiyəli həmkarının məşhur "Yüzünü Göremem" kompozisiyasını canlı şəkildə səsləndirib. Onun bu təqdimatı qısa müddətdə dinləyicilərin diqqətini çəkərək iki ifaçı arasında müqayisələrə gətirib çıxarıb.
Sosial media istifadəçilərinin bir qismi müğənninin canlı performansını uğurlu hesab edərək bəyəndiklərini vurğulayıblar. Başqaları runsə mahnının orijinal variasiyasına üstünlük verərək Bülent Ersoyun təfsirinin daha təsirli olduğunu qeyd ediblər.




