
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Redaksiya1 dəq oxu
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə mərhələsinə start verilib.
AzadAzərbaycan xəbər verir ki, Braziliyada dövlət başçısı seçkilərinin ikinci turu üzrə səsvermə prosesi rəsmən başlayıb.
Braziliya Ali Seçki Məhkəməsinin açıqladığı məlumata əsasən, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 15:00) seçicilərin üzünə açılıb.
Prezident postu uğrunda hazırkı ölkə rəhbəri Luis İnasio Lula da Silva ilə müxalifət nümayəndəsi, senator Flavio Bolsonaru mübarizə aparır. Keçirilən sonuncu rəy sorğularının nəticələrinə görə, müxalif siyasətçi Flavio Bolsonaru seçkilərin əsas favoriti hesab edilir.




