
Türkiyəli müğənni Seda Sayan makiyajsız fotosunu sosial şəbəkədə paylaşdı
Tanınmış türkiyəli müğənni və teleaparıcı Seda Sayan sosial şəbəkə hesabında makiyajsız və filtrsiz görünüşünü izləyiciləri ilə bölüşüb.
AzadAzərbaycan xəbər verir ki, türkiyəli məşhur müğənni və teleaparıcı Seda Sayan növbəti dəfə təbii görünüşü ilə diqqət mərkəzinə düşüb. İfaçı sosial şəbəkə hesabında üzündə heç bir makiyaj olmadan çəkdirdiyi yeni fotosunu paylaşıb.
Paylaşdığı şəkilə "Makiyajsız" qeydini əlavə edən sənətçi təbii halını izləyicilərinin ixtiyarına verib. Onun bu paylaşımı qısa müddətdə sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Tez-tez xarici görünüşündə etdiyi dəyişikliklərlə gündəmə gələn Seda Sayanın filtrsiz və makiyajsız görüntüsü izləyicilər tərəfindən müxtəlif rəylərlə qarşılanıb.




