
Maksim Qalkinin İstanbulda planlaşdırılan konserti təxirə salındı
Sosial şəbəkələrdəki kütləvi narazılıqlardan sonra rusiyalı şoumen Maksim Qalkinin Türkiyədəki konsert proqramı ləğv edilib.
AzadAzərbaycan xəbər verir ki, rusiyalı tanınmış yumorist və şoumen Maksim Qalkinin bu gün İstanbul şəhərində təşkil olunması gözlənilən konserti ləğv olunub.
Tədbirin dayandırılmasına sosial şəbəkə istifadəçilərinin kütləvi şəkildə bildirdiyi etirazlar səbəb olub. İstanbul Konqres Mərkəzində baş tutmalı olan şou ilə bağlı fəallar ölkənin aidiyyəti dövlət strukturlarına rəsmi müraciətlər ünvanlayıblar.
Məlumata görə, ictimaiyyətin və fəalların bu addımı atmasına sənətçinin İsrail ilə Qəzza zolağında yaşanan hərbi münaqişə fonunda sərgilədiyi mövqe təsir göstərib. Qalkinin açıqlamalarından narahat olan tərəflər onun Türkiyə səhnəsində çıxış etməsinə qarşı çıxıblar.




