
Nigar Şabanova anasının ağır səhhətindən danışarkən göz yaşlarını saxlaya bilməyib
Əməkdar artist Nigar Şabanova canlı efirdə anasının sağlamlıq problemləri və keçirdikləri çətin günlər barədə danışaraq duyğusal anlar yaşayıb.
Əməkdar artist, tanınmış muğam ifaçısı Nigar Şabanova qatıldığı televiziya proqramında anasının səhhəti ilə bağlı danışarkən göz yaşlarına boğulub. İfaçı canlı efirə zəng edən anası Akifə xanımın səsini eşitdikdən sonra kövrək anlar yaşayıb.
Proqram zamanı Akifə xanım qızı ilə olan sıx bağlardan söhbət açaraq Nigarın onun üçün sadəcə övlad deyil, eyni zamanda dost, bacı və ana əvəzi olduğunu vurğulayıb.
Nigar Şabanova anasının koronavirus pandemiyası vaxtı çox ağır xəstəlik keçirdiyini və həmin dövrdə böyük həyəcan yaşadığını diqqətə çatdırıb. Xanəndə qeyd edib ki, həmin vaxtlar tək istəyi anasının sağ qalması və nəfəs alması olub.
Muğam ifaçısı hazırda yeriməkdə çətinlik çəkən anasının bəzən bu vəziyyəti həmin çətin günlərdə edilən dualarla bağladığını bildirib. O, valideynlərinə hər zaman sadiq olduğunu və həyatını onlara həsr etdiyini əlavə edib.




