
Prezident İlham Əliyev Bakıda FİFA U-15 turnirinin finalçılarını mükafatlandıracaq
İş qrafikinin sıxlığı səbəbindən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə qatıla bilməyəcək.
Dövlət başçısının tapşırığına əsasən, Zirvə görüşündə ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Həmçinin tədbir çərçivəsində təşkil olunacaq digər iclaslarda da Azərbaycan nümayəndə heyəti təmsil olunacaq.
Oktyabrın 30-da paytaxtımızda ilk dəfə təşkil olunan FİFA U-15 Dünya Çempionatı və Festivalının həlledici qarşılaşması ilə yanaşı rəsmi bağlanış mərasimi də baş tutacaq. AzadAzərbaycan xəbər verir ki, Prezident İlham Əliyev həmin gün yarışın finalçılarını mükafatlandıracaq.




