
Ukraynada rusdilli musiqi və mədəni məhsullara qadağa qoyula bilər
Redaksiya1 dəq oxu
Ukrayna hakimiyyəti ölkə daxilində rusdilli mədəni məhsulların, o cümlədən mahnıların qadağan olunmasını qanuniləşdirməyi nəzərdən keçirir.
AzadAzərbaycan xəbər verir ki, Ukraynada rusdilli mədəni məhsulların istifadəsinin qadağan edilməsi ehtimalı yüksəlir. Bu təşəbbüs ölkə qanunvericiliyində ciddi dəyişikliklərin edilməsini nəzərdə tutur.
Məsələ ilə bağlı açıqlama verən Ukrayna Dövlət Dil Komissarı Yelena İvanovskaya bildirib ki, yeniliklər "Mədəniyyət haqqında" Qanuna təklif olunan düzəlişlərin tərkib hissəsidir.
Onun sözlərinə görə, qadağa layihəsi vətəndaşların dinlədiyi və ifa etdiyi rusdilli musiqi əsərlərinə də şamil olunacaq.




