
Moskvanın əsas hava limanlarının fəaliyyətində məhdudiyyətlər tətbiq olunub
Redaksiya1 dəq oxu
Rusiyanın paytaxtındakı hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub, səma bağlanıb.
AzadAzərbaycan xəbər verir ki, Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşların həyata keçirilməsində müəyyən məhdudiyyətlər qüvvəyə minib.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Qurumdan bildirilib ki, hava limanları yalnız aidiyyəti qurumlarla razılaşdırma əsasında təyyarələrin enişinə və qalxmasına şərait yaradır.
Mövcud məlumatlara görə, paytaxtın hava məkanı faktiki olaraq tamamilə bağlanıb və vəziyyət nəzarətdə saxlanılır.




