
Donald Tramp İrana qarşı hərbi zərbələrdən çəkinməyəcəyini bildirib
Redaksiya1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp ehtiyac yaranarsa, İrana yenidən hərbi zərbə endirməkdən çəkinməyəcəyini açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana yenidən hərbi zərbə endirməkdən çəkinməyəcəyini bildirib.
Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb. O, oxşar suala hər zaman müsbət cavab verdiyini vurğulayıb.
Bununla yanaşı, ABŞ lideri ölkəsinin İranla müharibəyə başlamadığını iddia edərək, Tehranın 1979-cu ildən bəri Amerikaya qarşı müharibə apardığını qeyd edib.




