
Bakıda İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin toplantısı keçirilib
Redaksiya1 dəq oxu
Paytaxtımızda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının nümayəndələrinin hazırlıq iclası baş tutub.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə rəsmilərinin hazırlıq toplantısı təşkil olunub.
Baş Prokurorluğun ev sahibliyi etdiyi tədbir növbəti gün keçiriləcək üçüncü yüksək səviyyəli görüşə hazırlıq xarakteri daşıyır.
Azərbaycan Baş prokurorunun müavini Heydər Məmmədov çıxışında ölkəmizdə həyata keçirilən islahatların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.




