
Deputat Ceyhun Məmmədov Azərbaycana yönələn ideoloji təhlükələrdən danışıb
Deputat Ceyhun Məmmədov bildirib ki, hazırda ölkəmizə qarşı radikal ideologiya ixrac etməklə müdaxilə cəhdləri edilir.
AzadAzərbaycan xəbər verir ki, müasir dövrdə ənənəvi silahlı qarşıdurmalardan daha çox beyinlərin və düşüncələrin müharibəsi gedir.
Bu fikirləri səsləndirən deputat Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycana qarşı radikal ideologiyaların ixracı vasitəsilə müdaxilə cəhdləri müşahidə olunur və bu, kifayət qədər təhlükəli tendensiyadır.
Onun sözlərinə görə, ölkə rəhbərliyi həmişə bu cür ideoloji mübarizə formalarına qarşı hazırlıqlı olmağın vacibliyini önə çəkir.
Deputat əlavə edib ki, cəmiyyət olaraq həmrəylik nümayiş etdirmək, baş verən proseslərə kəskin mövqe bildirmək və birgə addımlar atmaq bu cür təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır.




