
Gizli hipertoniyanı necə müəyyən etmək olar
Mütəxəssislər heç bir əlamət büruzə verməyən və uzun müddət gizli qalan yüksək qan təzyiqinin xüsusiyyətlərindən danışıblar.
AzadAzərbaycan xəbər verir ki, mütəxəssislər asimptomatik hipertoniyanın əlamətləri və yaranma səbəbləri barədə məlumat açıqlayıblar. Bir çox insanlar yüksək qan təzyiqindən xəbərsiz olurlar, çünki bu problem uzun müddət heç bir əlamətlə özünü büruzə vermir.
Həkimlərin sözlərinə görə, gizli şəkildə inkişaf edən bu anomaliya əsasən irsi xarakter daşıyır. Statistikaya görə, yüksək qan təzyiqi olan şəxslərin əhəmiyyətli bir hissəsi bu sağlamlıq problemindən xəbərsizdir, çünki xəstəlik zamanı baş ağrısı və ya digər narahatedici simptomlar müşahidə olunmur.
Asimptomatik hipertoniya daha çox gənclərdə, artıq çəkisi olan şəxslərdə və idmançılarda rast gəlinir. Xüsusilə tərkibi tam məlum olmayan müxtəlif əlavələrdən istifadə edən idmançılarda qan təzyiqinin yüksəlməsi riski daha yüksəkdir.
Mütəxəssislər təzyiq problemlərini vaxtında aşkarlamaq üçün orqanizmdə baş verən dəyişikliklərə diqqət yetirməyi tövsiyə edirlər. Qan təzyiqinin normadan kənara çıxmasının əsas əlamətlərindən biri də gözlərin qarşısında müxtəlif ləkələrin yaranmasıdır.




