
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev məhkum edilib
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində məhkəmə hökmü elan olunub. O, 14 il azadlıqdan məhrum edilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Hökmdə göstərilib ki, R.Mehdiyevin yaşı və mövcud xəstəlikləri nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilən cəza şərti tətbiq edilib.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində cinayət işi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ilin oktyabr ayında açılıb. Aparılan araşdırmalar nəticəsində onun dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd və cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin leqallaşdırılması kimi ağır ittihamlarla üzləşdiyi müəyyən edilib.




