
Dövlət Baxçalıdan Azərbaycan və türk dünyası birliyi ilə bağlı açıqlama
MHP sədri Dövlət Baxçalı Türkiyə və Azərbaycan qardaşlığının tarixi əhəmiyyətindən bəhs edərək türk dünyasının gücünün qarşılıqlı etimadda olduğunu bildirib.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri adi gündəlik proseslərdən çox-çox üstün olmaqla, dərin tarixi köklərə malikdir. Bu möhkəm bağlar hər iki xalqın iradəsi ilə daha da güclənərək ortaq mübarizələr nəticəsində nəsildən-nəslə ötürülüb.
MHP sədri Dövlət Baxçalı Türkiyə Cümhuriyyətinin 103-cü, türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi ilə əlaqədar yazılı açıqlama yayıb.
Açıqlamada türk dünyasının bütün qardaş ölkələri arasında həssaslığın qorunmasının vacibliyi vurğulanıb. Sədr qeyd edib ki, heç bir fikir ayrılığı daimi münaqişəyə çevrilməməli və xalqlar arasında nifaq salınmasına yol verilməməlidir.
Qardaşlıq əlaqələrinin qarşılıqlı hörmət sayəsində qorunduğunu diqqətə çatdıran siyasətçi türk dünyasının gücünün ortaq məqsədlər və etibarda olduğunu vurğulayıb.




