
Məşhur sima estetik əməliyyatdan sonrakı görkəmi ilə diqqət çəkib
Türkiyənin tanınmış simalarından olan Nagihan Karadere keçirdiyi estetik əməliyyatdan sonrakı yeni görünüşünü izləyiciləri ilə bölüşüb.
Türkiyənin məşhur "Survivor" yarışmasındakı iştirakı ilə tanınan Nagihan Karaderenin son görünüşü yenidən müzakirələrə səbəb olub.
AzadAzərbaycan xəbər verir ki, o, üz və boyun gərmə əməliyyatından sonrakı yeni görkəmini ictimaiyyətlə paylaşıb.
Cərrahi müdaxilədən cəmi dörd gün keçdiyini qeyd edən Karadere üzündəki şişkinlik və ödəmin hələlik müvəqqəti xarakter daşıdığını vurğulayıb.
Xatırladaq ki, daha əvvəl də açıqlama verən tanınmış sima boyun və üzün aşağı hissəsinin gərilməsi əməliyyatı etdirdiyini və bərpa prosesi başa çatdıqdan sonra tamamilə dəyişəcəyini bildirmişdi.




