
Dictionary.com 2026-cı ilin əsas sözünü açıqlayıb
Məşhur onlayn lüğət platforması olan Dictionary.com "maxxing" ifadəsini 2026-cı ilin sözü olaraq seçib.
Dünyanın tanınmış onlayn lüğətlərindən biri olan "Dictionary.com" növbəti ilin simvoluna çevriləcək ifadəni müəyyənləşdirib. Qurumun qərarına əsasən, "maxxing" sözü 2026-cı ilin sözü elan olunub.
AzadAzərbaycan xəbər verir ki, bu maraqlı termin istənilən sahədə mümkün olan ən yüksək nəticəni əldə etmək və şəxsi potensialı tam gücü ilə reallaşdırmaq səylərini əks etdirir.
Qeyd olunur ki, söz adətən digər anlayışlarla birlikdə mürəkkəb formalarda işlədilir. Məsələn, "looksmaxxing" xarici görünüşü maksimum dərəcədə yaxşılaşdırmaq istiqamətində səyləri, "moneymaxxing" isə maliyyə və gəlir imkanlarını artırmaq məqsədini ifadə edir.
Bu termin olduqca çevik struktura malikdir və müxtəlif həyat sahələrinə uyğunlaşdırıla bilir. Bunun üçün sadəcə olaraq "maxxing" sözünün əvvəlinə müvafiq məzmunlu sözün əlavə edilməsi kifayət edir.




