
Bəsrə körfəzində tutulan balığın qarnından telefon çıxması maraq doğurub
Bəsrə körfəzində balıqçının tutduğu iri balığın mədəsindən mobil telefon çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəsrə körfəzində qeydə alınan qeyri-adi hadisə internet istifadəçilərinin böyük marağına səbəb olub. AzadAzərbaycan xəbər verir ki, balıqçının ovladığı iri balığın qarnından mobil telefon çıxardığı anlar lentə alınaraq paylaşıb.
Yayılmış kadrlarda dəniz məhsulunu kəsən şəxsin mədədə telefonla qarşılaşdığı aydın görünür. Gözlənilməz mənzərə ilə üzləşən balıqçının heyrəti də çəkilişdə əks olunub.
Mütəxəssislər və izləyicilər cihazın əvvəllər batmış gəmidən suya düşə və balıq tərəfindən udula biləcəyini ehtimal edirlər. Lakin bu versiyanı birmənalı şəkildə təsdiqləyən rəsmi məlumat mövcud deyil.
Sözügedən maraqlı görüntü qısa müddət ərzində geniş auditoriyanın diqqətini çəksə də, hadisənin gerçəkliyi ilə bağlı şübhələr hələ də qalır.




