
Tanınmış müğənni sosial şəbəkələrdəki tənqidlərə reaksiyasını açıqlayıb
Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində sosial şəbəkə müzakirələrinə və ünvanına yazılan rəylərə artıq əhəmiyyət vermədiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Xəzər axşamı" verilişində sənət həyatı və sosial şəbəkələrlə bağlı diqqətçəkən açıqlamalar verib.
Müğənni bildirib ki, istədiyi halda geniş rezonans doğuracaq addımlar ata bilər, lakin o, mübahisələrdən və qeyri-zəruri söz-söhbətlərdən uzaq durmağa üstünlük verir.
Sənətçi əvvəllөр virtual platformalarda yazılan neqativ rəylərə görə çox əsəbiləşdiyini etiraf edib. Onun sözlərinə görə, zamanla bu cür hallara qarşı laqeyd yanaşmağı öyrənib və artıq tənqidlər onu narahat etmir.




