
Dağıstan Vəkillər Palatasının prezidenti Akif Beybutov vəfat etdi
Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti və Dağıstan Vəkillər Palatasının rəhbəri Akif Beybutov 60 yaşında dünyasını dəyişib.
Azərbaycanlı hüquqşünas, Dağıstan Vəkillər Palatasının prezidenti və Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti Akif Beybutov vəfat edib.
Bu barədə Rusiya Federal Vəkillər Palatasının rəsmi Telegram kanalında məlumat yayılıb. Bildirilib ki, tanınmış hüquqşünas 60 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Akif Beybutov 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub. O, 2011-ci ildən Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ildən isə prezidenti seçilib. Beybutov həmçinin 2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsini icra edirdi.




