
Ukrayna qüvvələri rus dronlarının zərərsizləşdirilməsini artırır
Redaksiya1 dəq oxu
Ukrayna hərbçiləri Rusiyanın reaktiv hücum dronlarının məhv edilməsi göstəricilərinin yüksəldiyini açıqlayıblar.
AzadAzərbaycan xəbər verir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus "Geran-4" reaktiv hücum dronlarının zərərsizləşdirilməsi səviyyəsini artırmağa müvəffəq olub.
Ukrayna Baş Qərargahının yaydığı məlumata görə, son üç ay ərzində aparılan təhlillər göstərir ki, bu pilotsuz uçuş aparatlarının orta hesabla vurulma nisbəti təxminən 60 faiz təşkil edir.
Bununla belə, ayrı-ayrı hücumların qarşısı alınarkən reaktiv PUA-lara dəyən zərərin miqyasının 80 faizə qədər arta bildiyi qeyd olunub.




