
Xarkov şəhərinə endirilən raket zərbəsi nəticəsində ölənlər var
Redaksiya1 dəq oxu
Rusiya qüvvələrinin Ukraynanın Xarkov şəhərinə həyata keçirdiyi raket hücumu nəticəsində insan tələfatı qeydə alınıb.
Rusiya hərbçiləri Ukraynanın Xarkov şəhərinin Novobavarski rayonuna raket zərbəsi endiriblər.
AzadAzərbaycan xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov özünün sosial media hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, düşmən hücumu nəticəsində iki nəfər həyatını itirib, dörd sakinsə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin bombardman zamanı yaşayış binaları, avtomobillər və qarajlar ciddi şəkildə zədələnib.
Hazırda hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir.




