
Bakıda şadlıq sarayının qarşısında kütləvi dava düşüb
Redaksiya1 dəq oxu
Paytaxtın Xətai rayonunda gənclər arasında kütləvi dava baş verib. Hadisə şadlıq sarayının qarşısında qeydə alınıb.
AzadAzərbaycan xəbər verir ki, paytaxtın Xətai rayonunda gənclər arasında kütləvi insident yaşanıb.
Hadisə Əhmədli qəsəbəsində yerləşən “Təbrik” şadlıq sarayının qarşısında qeydə alınıb.
Yayılan kadrlarda qarşıdurmanın iki qrup gənc arasında baş verdiyi açıq şəkildə görünür.
Xatırladaq ki, bir müddət əvvəl yenə həmin qəsəbədəki iaşə obyektlərindən birində qanlı hadisə qeydə alınmışdı.




