
Hizbullah İsraillə ola biləcək yeni qarşıdurmaya hazırlaşır
Hizbullah təşkilatı İsraillə hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalına qarşı son üç ayda hazırlıqlara başlayıb.
Hizbullah İsraillə hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı son üç ay ərzində müəyyən hazırlıq işləri görüb.
AzadAzərbaycan xəbər verir ki, məlumatı "Reuters" Livan təhlükəsizlik orqanlarının təşkilatın fəaliyyəti barədə məlumatlı nümayəndələrinə istinadən yayıb.
Mənbələrin sözlərinə görə, təşkilat öz hərbi imkanlarını daha da gücləndirmək məqsədilə İrandan on milyonlarla dollar vəsait əldə edib.
Bildirilib ki, bu maliyyə vəsaiti oktyabrın əvvəlində yayılan xəbərlərdə əks olunan və livanlı ailələrə yardım məqsədilə nəzərdə tutulduğu bildirilən 200 milyon dollarlıq məbləğdən tamamilə ayrıdır.




