
Serbiyada parlament seçkiləri: Hakim partiya məğlubiyyətlə üzləşdi
Serbiyada keçirilən parlament seçkilərində 14 ildir hakimiyyətdə olan Serbiya Mütərəqqi Partiyası məğlub olub.
Serbiyada keçirilən parlament seçkilərində hakimiyyətdə olan Serbiya Mütərəqqi Partiyası müxalifətə uduzub. Nəticədə ölkədə siyasi qüvvələr balansında ciddi dəyişikliklər baş verib.
Məlumata görə, kardioloq İlya Srdanoviçin rəhbərlik etdiyi alim, mütəxəssis və ictimai xadimlərdən ibarət "Tələbə siyahısı" seçkilərdə qalib gəlib. Bu hərəkat Novi Sadda baş verən faciədən sonra başlayan etiraz dalğası fonunda formalaşmışdı.
Seçki nəticələrindən sonra Serbiyada vətəndaşların kütləvi şəkildə küçələrə çıxaraq qələbəni qeyd etdiyi bildirilir. Paytaxtda və digər şəhərlərdə yaşanan sevinc anları bütün dünyaya yayılib.




