
Bərdənin Qarayusifli kəndinə edilən raket hücumundan 6 il ötür
Redaksiya1 dəq oxu
Ermənistan silahlı qüvvələrinin Vətən müharibəsi zamanı Bərdənin Qarayusifli kəndində törөtdiyi qanlı terror aktından altı il ötür.
Azərbaycanın Bərdə rayonunun Qarayusifli kəndinə qarşı törədilən terror aktından altı il ötür.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbi birləşmələri dinc əhalini hədəf alaraq növbəti dəhşətli cinayətə imza atmışdılar.
Belə ki, 2020-ci il oktyabrın 27-də düşmən tərəfindən kəndə iki ədəd "Smerç" və iki ədəd "Elbrus" ballistik raketi atılmışdı.
Həmin raket zərbələri nəticəsində biri azyaşlı olmaqla 5 dinc sakin həlak olmuş, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.




