
Xalq artisti Röya Ayxandan ailə və analıq açıqlaması
Redaksiya1 dəq oxu
Tanınmış müğənni Röya Ayxan ikinci dəfə ailə qurmaq və yenidən ana olmaq ehtimalı barədə sərt mövqeyini açıqlayıb.
Azərbaycanın Xalq artisti Röya Ayxan yenidən evlənmək və ikinci dəfə ana olmaqla bağlı sualları cavablandırıb.
Müğənni "Fruktoviy çay" layihəsində qonaq olarkən bildirib ki, başqa bir şəxsdən övlad sahibi olmağın qətiyyən tərəfdarı deyil.
O qeyd edib ki, uşağın yalnız bir atası olmalıdır və övlad öz ailəsini tanımalıdır. Sənətçi əlavə edib ki, əgər yenidən ərə getsə belə, hər hansı şəkildə uşaq dünyaya gətirmək niyyətində deyil.




