
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə bağlı etirafı
Redaksiya1 dəq oxu
Əməkdar artist Sənubər İsgəndərli yeganə övladını həddindən artıq qoruduğunu və onu daha sərbəst böyütməli olduğunu bildirib.
AzadAzərbaycan xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərli övladı ilə olan münasibətlərindən söz açıb.
Aktrisa yeganə qızını həddindən artıq qoruduğunu və bunun yanlış olduğunu etiraf edərək daha sərbəst bir tərbiyə üsulu seçməli olduğunu qeyd edib.
O, qızının mediadan və kameralardan uzaq gəzməyə üstünlük verdiyini, hətta universitet illərində tələbə yoldaşlarına onun aktrisa anası olduğunu demədiyini diqqətə çatdırıb.
Sənətçi həmçinin nəvəsi ilə tez-tez vaxt keçirdiyini və onlara hər zaman dəstək olmağa çalışdığını vurğulayıb.




