
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı onun son vəsiyyətini açıqlayıb
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova sənətkarın ölümündən əvvəl ona etdiyi vəsiyyəti və qızı ilə bağlı narahatlığını bölüşüb.
Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb.
AzadAzərbaycan xəbər verir ki, Z.Hümbətova "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygün Bəylərin ən böyük arzusu övladının yaxşı təhsil alması olub.
Z.Hümbətova bildirib ki, sənətkar Yeni il gecəsi ona qızını öz övladı kimi böyütməyi, yaxşı məktəbdə oxutmağı tapşırıb. O, hazırda qızının yaxşı təhsil aldığını və mərhum müğənninin ruhunun şad olduğunu qeyd edib.
Bununla yanaşı, Z.Hümbətova Cananla görüşə bilmədiyini etiraf edib. O iddia edib ki, uşağa onu yanlış tanıdıblar və aralarında soyuqluq yaradıblar.




