
Vladimir Putin və Məsud Pezeşkian Moskvada görüşüblər
Redaksiya1 dəq oxu
Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında növbəti görüş keçirilib.
Rusiya Prezidenti Vladimir Putin və İran dövlət başçısı Məsud Pezeşkian arasında rəsmi görüş baş tutub.
Danışıqlar zamanı iki tərəf arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulur.
İran Prezidenti Məsud Pezeşkian Moskvaya Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək məqsədilə gəlib. Bu, Pezeşkianın Rusiyaya sayca üçüncü səfəridir və onun Vladimir Putinlə reallaşan səkkizinci görüşüdür.




